TQDK nəticələri az sonra açıqlayacaq - keçid balı aşağı salınıb

TQDK nəticələri az sonra açıqlayacaq - keçid balı aşağı salınıb
  16 İyul 2013    Oxunub:1168
Bir neçə dəqiqədən sonra 3-cü qrup üzrə qəbul imtahanlarının nəticələri elan olunacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AzVision.az-a verilə məlumata görə, müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal bal əvvəlcədən nəzərdə tutulduğu kimi, 300 bal yox 250 bal müəyyənləşdirilib. Bundan başqa, qeyd olunan nəticə göstərən abituriyentlərin imtahan fənlərinin hər hansı biri üzrə nisbi balı 10-dan az ola bilər.

Beləliklə III qrup üzrə ixtisas seçimində ümumi balı 250 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti