`Yaxın zamanda qələbəni qeyd edəcəyik` - Baş nazirin müavini
Əli Əhmədov bildirib ki, bu amil insanların Vətənə, torpağa olan böyük sevgisinin gücüdür. Bu gücün qarşısında isə dayana biləcək qüvvə yoxdur. Cəbhə xəttində son hadisələr bir daha onu göstərir ki, Azərbaycan torpaqlarının işğal altında qalması uzun sürməyəcək. Çox yaxın zamanlarda xalqımız indi hər bir Azərbaycan vətəndaşının yaşamağa başladığı qələbə hissini bütövlükdə Azərbaycan torpaqlarının azad olunması, tam qələbə hissləri kimi duyacaq və onu qeyd edəcək.
Baş nazirin müavini təəssüflə qeyd edib ki, dünya siyasətində baş verən bir sıra dəyişikliklər düşmənlərimizin təxribatlar törətməsi üçün əsaslar olub. O, ermənilərin bundan əvvəl də təxribatlara əl atdığını xatırladıb. “Dünya və regional siyasətdə baş verən son dəyişikliklər ermənilərin həmin təxribatı törətməsi üçün əsas oldu. Amma onlar bu təxribatlarının cavablarını lazımi səviyyədə aldılar. Bundan sonra ermənilər və onların havadarları tərəfindən belə təxribatlar təkrarlanmaya bilər. Əgər təkrarlasalar, yenə də layiqli cavablarını alacaqlar”, - deyə YAP sədrinin müavini vurğulayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


