Məmmədyarov prezidentin ABŞ səfərindən danışdı
Nazir dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rolunu qeyd edib.
E.Məmmədyarov Azərbaycanın ABŞ-ın ştatları ilə də əlaqələrin inkişafına böyük önəm verdiyini bildirərək, bu baxımdan Nevada ştatı ilə iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsində Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən ABŞ-ın Nevada Ştat Assambleyasının sədri C.Hembrik ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, başçılıq etdiyi Nevada Ştat Assambleyasının da Azərbaycanla iqtisadi-ticari sahədə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirərək, bu baxımdan Assambleya üzvlərindən və iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətli ola biləcəyini diqqətə çatdırıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


