Bakı-Sumqayıt qatarında təhlükəsizlik gücləndirildi

Bakı-Sumqayıt qatarında təhlükəsizlik gücləndirildi
  05 Aprel 2016    Oxunub:2114
Bakı-Sumqayıt qatarında da təhlükəsizlik tədbirləri gücləndirilib.
Sərnişin sıxlığını nəzərə alaraq “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə AzVision.az-a məlumata verən qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, qatar hərəkətdə olanda və stansiyalarda qatarların hərəkətinə güclü nəzarət olunur:

“Bundan əlavə yol boyu mühafizə dəstəsi var ki, onlar da müəyyən yerlərdə postlar qurularaq qatarın hərəkətini müşahidə edirlər. Qatar daxilində isə müşahidə kameraları var. Qatara minənləri-düşənlərin hamısını qeydə alır. Təhlükəsizlik baxımından bəzi məqamları açıqlamırıq. Həmin kameralar vasitəsilə müşahidə aparılır”.

Hazırda körpülərdə,stansiyalarda mühafizənin gücləndirilidiyini deyən Nadir Əzməmmədovun sözlərinə görə, qatara nəzarət edən hüquq-mühafizə orqanlarına xüsusi yoxlayıcı aparatların verilməsinə də baxıla bilər.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti