`Cəbhədə heç kəs öz yerindən tərpənməyib` - Bahar Muradova

`Cəbhədə heç kəs öz yerindən tərpənməyib` - Bahar Muradova
  05 Aprel 2016    Oxunub:2831
“Bu haqq işi mütləq sona çatacaq və şəhidlərimizin qanları yerdə qalmayacaq. Bunun üçün də şəhidlərimiz öz qanlarını vətən uğrunda tökdülər".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Füzuli rayonunu təmsil edən xanım deputat: “ Daxilən qürur duyduğum bir məqam var ki, bu dəfə ki vəziyyət fərqlidir. Mülki əhali tamamilə başqa əhval-ruhiyyədədir. Bir gözü ağlayan digər gözü gülən şəhid analarının qüruru var ki, övladları vətən uğrunda qəhrəman olublar.

Mülki əhali bu gün özünü səngərdə hiss edir. Heç bir kəs öz yerindən tərpənmədən həyatlarına davam edir. Əsas istəkləri də odur ki, başlanan bu iş sona çatsın. Erməni ordusu işğal olunan ərazilərimizi tərk etsinlər"- deyə B. Muradova əlavə edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti