Gəncədə ordumuza dəstək aksiyası keçirildi - Fotolar

Gəncədə ordumuza dəstək aksiyası keçirildi - Fotolar
  05 Aprel 2016    Oxunub:2642
Gəncənin möhtəşəm Bayraq Meydanı Azərbaycan Ordusuna dəstək olan 1000-lərlə gəncə qucaq açıb. Bu Azərbaycan gəcliyinin gücünün, birliyinin nümayişi, Vətənənin hər çağırışına müsəlləh olmağın gözəl bir nümünəsi idi.
AzVision.az xəbər verir ki, meydandan yüksələn birlik şüarları, ordumuz dəstək nidaları Azərbaycanın qüdrətli bir dövlət olduğunu, onun uğurunda şəhid olmağa hazır vətənpərvər övladların birlik nümayişinə çevrilib.

Bir ağızdan səslənən dövlət himni Azərbaycan üçün canından keçməyə hazır olan, üç rəngli bayrağı yüksəltməyə qadir gəncliyin andı kimi səsləndi. “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “ Ən böyük əsgər bizim əsgər” şüarları dövlətinə, xalqına, ordusuna, özünə inamı olan gəncliyin ürəyindən, ruhundan gələn çağırış idi.

Azərbaycan əsgəri biz səninləyik! Bu sözlər Gəncədəki Bayraq Meydanına Toplaşan gənclərin dilindən qürürla səsləndi. Gəncənin ali təhsil və orta ixtisasm müəssisələrində təhsil alan gənclərin iştirakı ilə keçirilən aksiyada tələbələr ölkəmizin siyasi, iqtisadi və hərbi gücünə inandiqlarını, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hər an Ali Baş Komandanın əmrini gözlədiklərini bəyan ediblər. Azərbaycan gəncləri olduqları üçün qürur duyduqlarını bildiriblər.

Aksiyada Ermənistanın Azərbaycana qarşı silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin, mülki şəxslərin xatirəsi yad edilib. Azərbaycanın Dövlət himni səsləndirilib. Cəbhədə aparılan hərbi əməliyyatların Azərbaycan ordusunun gücünü bir daha göstərdiyi qeyd olunub. Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ələlxüsus gənclərimiz işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadırlar.

Aksiyaya qadaş Türkiyə Respublikasından da nümayəndə heyəti qatılıb.

Afyonkarahisar bələdiyyə başkanı Burhanettin Çoban aksiyada çıxış edərək bidlirib ki, Türkiyə dövləti, ordusu Qarabağın işğaldan azad olunmasında hər zaman Azərbaycan Dövlətinə dəstək verəcək. Burhanettin Çoban Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyib. “ Qələbə səninlə olsun Azərbaycan” deyərək çıxışını yekunlaşdırıb.

Aksiya iştirakçıları daha sonra şüarlar səsləndirərək, əllərində Azərbaycan və Türkiyə bayraqları tutaraq Gəncənin küçələri ilə yürüş ediblər.

Qalereya




Teqlər:  





Xəbər lenti