Sürücülərin diqqətinə: yeni qiymətlər təsdiqləndi

Sürücülərin diqqətinə: yeni qiymətlər təsdiqləndi
  05 Aprel 2016    Oxunub:2882
Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Tarif Şurasından AzVision.az-a verilən xəbərə görə, iclasda həmçinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat müəyyən edilib.

Tariflər 2016-ci il 6 aprel tarixindən qüvvəyə minəcək.

Qərarlar Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölmələrində yerləşdirilib.

AzVision.az


Teqlər:






Xəbər lenti