Putin Əliyev və Sarkisyana zəng etdi

Putin Əliyev və Sarkisyana zəng etdi
  05 Aprel 2016    Oxunub:6690
Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı olub.

AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidenti İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Putin çoxsaylı insan itkisi ilə nəticələnən genişmiqyaslı hərbi qarşıdurma ilə əlaqədar ciddi narahatçılıq keçirdiyi deyib. O, hər iki tərəfi təcili şəkildə hərbi əməliyyatları tam dayandırmağa və atəşkəs rejiminə əməl etməyə çağırıb.

AzVision.az


Teqlər:  






Xəbər lenti