`Yardım kampaniyalarına ehtiyac yoxdur` - Müdafiə Nazirliyi

`Yardım kampaniyalarına ehtiyac yoxdur` - Müdafiə Nazirliyi
  06 Aprel 2016    Oxunub:3267
Son günlər sosial şəbəkələrdə ayrı-ayrı şəxslər Silahlı Qüvvələrə yardım adı altında əhaliyə çağırışlar edərək onlardan pul və ərzaq istəyir, vətəndaşları bu tip kampaniyalara qoşulmağa dəvət edirlər.
AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyi bu məsələ ilə bağlı açıqlama yayıb.

"Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb, bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Ona görə də Silahlı Qüvvələrin bu tipli dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur"-deyə nazirliyin məlumatında qeyd edilib.

AzVision.az



Teqlər:  






Xəbər lenti