`Elmlər Akademiyası`nın giriş-çıxışı bağlanır

`Elmlər Akademiyası`nın giriş-çıxışı bağlanır
  06 Aprel 2016    Oxunub:3038
Bakı Metropoliteninin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması işləri davam etdirlir.
Bu barədə AzVision.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O, qeyd edib ki, “Elmlər Akademiyası” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdirilməlidir:

“Bunun üçün stansiyanın 1-ci vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.

Bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “Elmlər Akademiyası” stansiyasının I vestibülü 15.04.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (BDU tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq”.

“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

AzVision.az


Teqlər:  






Xəbər lenti