İlham Əliyev Putinə başsağlığı verib

İlham Əliyev Putinə başsağlığı verib
  17 İyul 2013    Oxunub:991
Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinə Podolsk yaxınlığında avtomobil qəzası nəticəsində çoxsaylı insan tələfatına görə başsağlığı verib.
Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç,

Podolsk yaxınlığında avtomobil qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzulayıram.


Teqlər:  





Xəbər lenti