Dünya 5 gündür Qarabağdan danışır...

Dünya 5 gündür Qarabağdan danışır...
  06 Aprel 2016    Oxunub:4550
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 4-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

`İlham Əliyevin bir əmri yetər` - Qurban Qurbanov

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov erməni təxribatına münasibət bildirib.

***

Xüsusi təyinatlı Azərbaycan əsgəri - İNFOQRAFİKA

Azərbaycan əsgərinin geyimi, silahı-sursatı nədir? Üzərində nələr var?

***

`Gərginliyi azaltmağa çağırırıq` – Dövlət Departamenti

`Dağlıq Qarabağda gərginliyin artması ilə əlaqədar biz öz narahatlığımızı ifadə etmişik. Biz Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa çağırırıq. Atəşkəsə və davamlı sülhə nail olmaq Ermənistan və Azərbaycan liderlərinin siyasi iradəsindən asılıdır. ABŞ Minsk Qrupunun həmsədrlərindən biri kimi tərəfləri danışıq masasına qaytarmaq üçün cəhdlərini davam etdirəcək`. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner Vaşinqtonda keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

***

Banklar xarici valyutada kredit verməyəcək

Aprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib.

***

TƏCİLİ: 16 şəhid verdik, 70 erməni məhv edildi

Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb.

***

Düşmənin hərbi bazası dağıdıldı – Madagiz əməliyyatı (VİDEO)

Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

***

Ermənilər daha bir mülki şəxsi yaraladı

Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Ağdam rayonunun Təzəkənd ərazisində bir mülki şəxs ağır yaralanıb.

***

Erməni tankı belə vuruldu – Video

Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.



`Əsgərə Məktub!` - ASAN Könüllülərindən gözəl təşəbbüs

Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlığımızı, var gücümüzlə dəstəyə və döyüşə hazır olduğumuzu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün “ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsinə start verib.

***

700 bal toplayan evin tək oğlu şəhid oldu - FOTOLAR

Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Zəngilan rayon sakini Naftalan rayonundan hərbi xidmətə çağırılan Orucov Müşfiq Arif oğlu şəhid olub.

***

`Ermənistan Azərbaycan ərazisini tərk etməlidir` – Xələf Xələfov

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrə münasibət bildirib.

***

Cəbhədə daha üç erməni zabiti öldü - Rəsmi

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin təmas xəttində zərərsizləşdirilən Ermənistan Silahlı Qüvvələrinin daha 3 hərbi qulluqçusunun adı açıqlanıb.

***

Azərbaycan ermənipərəst jurnalistləri ölkədən qovdu

Rusiyanın LifeNews telekanalının çəkiliş qrupu Azərbaycandan deportasiya olunub. Bu telekanalın rəhbəri erməni Aşot Qabrielyandır.

***

Ermənilər təmas xəttinə yaxın bölgələrdən köçür

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan mülki ermənilər təmas xəttinə yaxın ərazilərdən köçürülürlər.

***

“Ordumuz ermənilərə öz yerini göstərdi” - Spiker cəbhədən danışdı

“Bildiyiniz kimi aprelin 1-dən ikisinə keçən gecə ermənilərin təxribatına cavab verərək güclü əməliyyat apardıq. Erməni qoşunlarına bir daha öz yerini göstərdik. Azərbaycan ordusu bir daha öz gücünü göstərdi”. Bunu Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.

***

`Cəbhədə heç kəs öz yerindən tərpənməyib` - Bahar Muradova

“Bu haqq işi mütləq sona çatacaq və şəhidlərimizin qanları yerdə qalmayacaq. Bunun üçün də şəhidlərimiz öz qanlarını vətən uğrunda tökdülər". Bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

***

Tərtərə mərmi düşdü, 16 yaşlı qız öldü

Erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində daha bir dinc sakin həlak olub.

***

Çindən önəmli Qarabağ açıqlaması

Çin Qarabağ münaqişəsi tərəflərinin yaranan vəziyyəti sülh danışıqları ilə həll edəcəklərinə ümid edir.

***

Müdafiə Nazirliyi `facebook`-da səhifə açdı - RƏSMİ

Aprelin 5-dən feysbuk sosial şəbəkəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.

***

Ermənilər meyitlərini belə daşıyır - VİDEO
Dağlıq Qarabağda gərginlik hələ də qalmaqdadır. Ağır döyüşlərdə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurub.



Ermənilər Ağdamı atəşə tutdu, 5 mülki şəxsi yaralandı

Ağdam rayonunun bir sıra yaşayış məntəqələri, o cümlədən Sarıçoban, Əhmədağalı, Orta Qərvənd, Qaradağlı və Səfərli kəndləri aprelin 4-də erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə artilleriya qurğularından intensiv atəşə məruz qalıb.

***

Ermənini vurduğumuz silah: İNFOQRAFİKA+Fotolar+Video

Cəbhədə gedən döyüşlərdə erməni mövqelərinə atış açan silahlarımızdan biri də TOS-1A “Solntsepyok” (Günəş alovu) yaylım atəşi sistemidir. Bu ağır atəş sistemi düşmənin canlı qüvvəsini, açıq və qapalı atəş nöqtələrini sıradan çıxarmaq üçündür. O cümlədən, zirehli texnikanı məhv etməyə də qadirdir.

***

“Axirətə qədər Azərbaycanın yanındayıq” – Davudoğlu

Dağlıq Qarabağdakı təmas xəttində Ermənistanın hücumu ilə başlayan qarşıdurmanı yaxından izləyirik. Bu haqda Ədalət və İnkişaf Partiyasının iclasında Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

***

ABŞ-dan Azərbaycana dəstək gəldi – FOTO

Daha əvvəl Azərbaycanın işğal edilmiş ərazisində yaradılmış separatçı rejimin tanınmasına çağıran HR 1580 qətnamə layihəsinin müəllifləri qismində iştirak etmiş ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasının üzvləri Pet Qardner və Demetrius Duqlas bu məsələ üzrə Azərbaycanın ABŞ-dakı səfirliyinin etirazına cavab olaraq ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova məktub ünvanlayıb.

***

Ermənilərin öldürdüyü 16 yaşlı qızın FOTOLARI

Erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunun Həsənqaya kəndinin sakini, 16 yaşlı Həsənova Turanə Kamandar qızı dünyasını dəyişib.



Ali Baş Komandan yaralı hərbçilərə baş çəkdi - FOTOLAR (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.

***

Müdafiə Nazirliyidən İŞİD açıqlaması: `Dezinformasiyadır`

`Uğursuzluğa düçar olan və məğlubiyyətlə qarşılaşan Ermənistanın hərbi və siyasi rəhbərliyi anti-Azərbaycan niyyətli xarici KİV-in də fəaliyyətindən bəhrələnərək ölkəmiz haqqında təxribat xarakterli, guya Suriyada İŞİD terrorçu təşkilatının tərkibində fəaliyyət göstərən azərbaycanlıların Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə Türkiyə ərazisindən keçərək Azərbaycana gəlmələri barədə yaydıqları məlumatlar tamamilə əsassızdır və dezinformasiyadır`.

***

Prezident əsgər anası ilə - No Comment

Bu gün Prezident, Ali Baş KOmandan İlham Əliyev şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşüb.

***

Cəbhədə hərbi əməliyyatlar dayandırıldı - RƏSMİ

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

***

Lavrovdan Qarabağdakı atəşkəslə bağlı açıqlama

Bütün tərəflər Dağlıq Qarabağda atəşin bərpa olunmaması üçün səylər göstərir. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

***

Qarbağın həlli sülhdən, yoxsa müharibədən keçir- Videosorğu

AzVision.az Bakı sakinləri arasında Dağlıq Qarbağ münaqişəsinin həllinin sülhdən, yoxsa müharibədən keçməsi ilə bağlı sorğu keçirib.

***

`Əsgərlərimizlə fəxr edirik`- İlham Əliyev (VİDEO)

“Aprelin 2-də erməni silahlıları Azərbaycana qarşı növbəti təxribat törədib, hərbi mövqelərimizə hücum çəkib, əhalini, kəndləri atəşə tutublar. Qəhrəman Azərbaycan ordusu, əsgərlərimiz düşmənin təxribatının qarşısını aldı, layiqli cavabını verdi”. Bunu bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyev söyləyib.

***

`Əmr verməyinizi xahiş edirik...` -Prezidentə müraciətlər

Bir neçə gündür ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin bütün cəhdlərinin qarşısını uğurla alır. Və bu istiqamətdə xeyli irəliləyib. Artıq bir neçə yüksəklik və mövqelərimiz düşmən nəzarətindən azad olunub. Bir –birinin ardınca gələn qələbə xəbərləri Azərbaycan xalqının döyüş ruhunu bir daha yüksəldib. Tək Azərbaycanda yaşayanlar deyil, Türkiyədən, Rusiyadan, Almaniyadan, Şotlandiyadan olan insanlar Azərbaycan prezidentinin saytına məktub ünvanlayaraq döyüşə getmək istədiklərini deyiblər. AzVision.az onlardan bir neçəsinin müraciətini çatdırır:

***

Sarkisyanın Kardaşyan bacısı - KARİKATURA

Cəbhədəki məğlubiyyətini heç cür həzm etmək istəməyən ermənilər bütün dünyada Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa başlayıblar.

***

Minsk qrupundan Qarabağla bağlı Bəyanat

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiqini dayandırmağa çağırır”. Bu barədə ATƏT-in Minsk qrupu ölkələrinin birgə bəyanatında deyilir.

***

Ramiz Mehdiyev: `Ermənilərin təxribatına lazımi cavab verilməlidir`

`Azərbaycan xalqı torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaq`. Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev deyib.

***

Ermənilər Tərtərdə jurnalistləri atəşə tutub

Tərtərin Qapanlı kəndində çəkiliş edən bir qrup jurnalist ermənilər tərəfindən atəşə tutulub.

***

Həmsədrlər təcili Bakıya gəlirlər

ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri Pyer Andryu və İqor Popov bu gün Bakıya gəlirlər.

***

Tərtərdə həlak olan və yaralanan dinc sakinlər - SİYAHI

Tərtər Rayon İcra Hakimiyyəti aprelin 2-də gecə saatlarından bəri cəbhə bölgəsində vəziyyətin gərginləşməsi nəticəsində həlak olan və yaralanan, həmçinin rayona dəymiş ziyanla bağlı rəsmi məlumat yayıb.

***

İlham Əliyev Putinə: `Əgər atəşkəs pozularsa...`

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

***

Medvedyev Bakıya gəlir

Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycana səfər edəcək.

***

`Erməni bayrağını yandırıb, şanlı bayrağımızı asdıq` - VİDEO

Aprelin 2-də Talış kəndi ətrafındakı strateji yüksəklikləri, Seysulan məntəqəsini və "Lələ təpə" yüksəkliyini işğaldan azad etmiş qəhrəman döyüşçülərimiz ilk dəfə olaraq müsahibə veriblər.

***

Sarkisyan Merkelin ayağına gedir

Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya rəsmi səfər edəcək.

***

Ağdamın polis rəisi: `Bir neçə gözəl xəbər almışıq`

"Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq, əldə edilən uğurlar hamımızı qürurlandırır". Bunu Ağdam Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Elçin Qasımov deyib.

***

Poroşenko Əliyevə zəng etdi: `Mövqeyimiz dəyişilməzdir`

Ukrayna Prezidenti Petro Poroşenko aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti