Əhməd Davudoğlu və İlham Əliyev görüşüb
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, regional və digər sahələrdə daha da genişləndirilməsinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına və Ramazan bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi, onun da salamlarını və təbriklərini Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.