Azərbaycanda 29 uşaq intihar edib - Statistika

Azərbaycanda 29 uşaq intihar edib - Statistika
  06 Aprel 2016    Oxunub:2472
“Keçən il Azərbaycanda intihar halları cüzi artıb. 2013-cü ildə bu göstərici 415 idisə, 2015-ci ildə intihar edənlərin sayı 535 olub. Təbii ki, statistikadan kənar qalan faktlar da olur. Bura cinayət faktorları aiddir”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova bu gün keçirilən mətbuat konfransında bildirib. Uşaqlar arasında intihar hallarının statistik göstəricilərinə toxunan şöbə müdiri bildirib ki, 2013-cü ildə bu rəqəm 18 idisə, keçən il bu 29 olub:

“Gələcəkdə mərkəzin nəzdində Susidioloji Mərkəz yaradılacaq. Burada intihara cəhd halları və səbəbləri araşdırılacaq. Danılmaz faktdır ki, bu gün Azərbaycanda intiharlarla bağlı problemlər yaşanır. Lakin inkişaf edən ölkələrlə müqayisədə Azərbaycan geridə qalır. İntihar hallarına bütün yaş qruplarında rast gəlinsə də, əsas yaş həddi 18-35-dir. Təbii ki, səbəblər müxtəlifdir. Bura psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, insanlarda ruh keçidinin olması, genetik problemlərin olması aiddir”,- deyə o, vurğulayıb.

K.Talıbova onu da qeyd edib ki, intihara cəhd halları qadınlar arasında üstünlük təşkil edir.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti