`Atəşkəs qərarını dəstəkləyirəm` - Şuşanın icra başçısı

`Atəşkəs qərarını dəstəkləyirəm` - Şuşanın icra başçısı
  06 Aprel 2016    Oxunub:2909
“Biz Ali Baş Komandan İlham Əliyevin qəbul etdiyi bütün qərarları dəstəkləyirik”.
Bu fikirləri AzVision.az-a Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov atəşkəs razılaşmasına münasibət bildirərkən deyib.

İcma rəhbəri bildirib ki, ermənilər mütləq sülhə gələcəklər: “İndiyə qədər hamımız sülh istəyirdik. Ancaq, ermənilər bununla razılaşmadılar. İndi ermənilər sülhə gəlməsə, Azərbaycan ordusunun gücü ilə hesablaşmalı olacaqlar.

Hesab edirəm ki, cəbhədə Azərbaycan ordusunun ermənilərə vurduğu ağır zərbədən sonra onlar mütləq sülhə gələcəklər. Onlar sülhə gəlməsələr bir daha dərslərini alacaqlar. Düşünmürəm ki, ermənilər bizim ordumuzun gücünü yenidən dadmaq istəsinlər”, - deyə B.Səfərov vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:






Xəbər lenti