“Lələ təpə”dən son görüntülər - VİDEO
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Füzuli rayonunun Çocuqmərcanlı kəndi ərazisində yerləşən bu zirvədən işğal altında olan digər rayon, kənd və yaşayış məntəqələrimizə gedən yolu nəzarətdə saxlamağa imkan verir.
Münaqişə tərəfləri arasında qəbul edilən atəşkəsdən sonra cəbhə boyu bütün istiqamətlərdə yerləşən yaşayış məntəqələrində həyat öz axarına düşüb.
TTV-nin əməkdaşları azad olunan “Lələ təpə”dən ən son vəziyyətlə bağlı çəkdiləri videonu təqdim edirik.