Mingəçevirdə Orduya dəstək mitinqi – FOTOLAR

Mingəçevirdə Orduya dəstək mitinqi – FOTOLAR
  06 Aprel 2016    Oxunub:2934
Cəbhə bölgəsində düşmənlə üz-üzə dayanmış Azərbaycan ordusunu, əsgərimizi dəstəkləmək, həmrəyliklərini nümayiş etdirmək üçün minlərlə mingəçevirli gənc mitinq və yürüş keçirib.

Mingəçevir şəhərində keçirilən tədbirdə minlərlə gənc Ali Baş Komandan İlham Əliyevin əmri ilə vətən uğrunda döyüşə hazır olduqlarını bəyan etdilər.

Əllərində Azərbaycanın bayrağı,müxtəlif şüarlar, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin portretləri olan minlərlə gənc əvvəlcə Mingəçevir şəhər stadionunda toplandılar.

Burada gənclər və Qarabağ müharibəsinin veteranları çıxış edərək əsgərlərimizlə həmrəy olduqlarını, hər zaman döyüşə hazır olduqlarını bəyan etdilər.

Daha sonra iştirakçılar şəhərin İslamzadə və Heydər Əliyev prospektləri boyunca yürüşə başladılar. Yürüş Şəhidlər Xiyabanında şəhidlərin ruhunun anılması ilə başa çatdı.


Teqlər:






Xəbər lenti