Sonra KİV nümayəndələri Azərbaycan hərbçilərinin müşayiəti ilə cəbhə bölgəsinin ön xəttini, həmçinin bir neçə gün əvvəl Azərbaycan Ordusu tərəfindən azad olunaraq nəzarətə götürülən Lələtəpə yüksəkliyini kənardan müşahidə ediblər.
Xarici jurnalistlər rayonun Alxanlı kəndində ermənilərin artilleriya zərbələri nəticəsində dağılan evlərə də baxış keçiriblər.
Daha sonra xarici media nümayəndələri cəbhənin Tərtər-Ağdam istiqamətində yola düşüblər.
Qeyd edək ki, xarici jurnalistlərin bu səfəri qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar və Ermənistanın törətdiyi təxribatlar nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərləri beynəlxalq ictimaiyyətin diqqətinə daha operativ çatdırmaq məqsədi ilə təşkil olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


