Medvedev Artur Rasizadəyə zəng etdi

Medvedev Artur Rasizadəyə zəng etdi
  07 Aprel 2016    Oxunub:2544
Rusiyanın Baş naziri Dmitri Medvedev azərbaycanlı həmkarı Artur Rasizadəyə zəng edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.

Telefon danışığı zamanı Medvedevin enerji əməkdaşlığının müzakirə olunacağı Bakı səfərinə hazırlıq müzakirə edilib: “Hökumət başçıları Dmitri Medvedevin Azərbaycana aprelin 8-də baş tutacaq rəsmi səfərinə hazırlığı müzakirə ediblər. Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı iqtisadiyyat, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlıq da daxil olmaqla, geniş sayda məsələləri nəzərdən keçirmək planlaşdırılır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti