Ermənilər Goranboyu atəşə tutur - SON DƏQİQƏ
Kəndin icra nümayəndəsi Abbas Allahverdiyev AzVision.az-a bildirib ki, ermənilərin açdığı atəş nəticəsində yaşayış evlərinə ziyan dəyib.
“Tapqaraqoyunlu dünən axşam saatlarından başlayaraq erməni silahlıları tərəfindən atəşə məruz qalıb. Evlərə ziyan dəyib, sakinlər arasında xəsarət alan yoxdur. Hazırda ərazidə Fövqəladə Hallar Komissiyası araşdırma aparır, kəndə dəyən ziyan hesablanır.
Düşmən bu dəqiqələrdə də minomyotlarla atəş açır. Buna baxmayaraq sakinlər arasında panika, təşviş yaşanmır”.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


