Erməni təxribatı: saxta video, gizlədilən itkilər...

Erməni təxribatı: saxta video, gizlədilən itkilər...
  07 Aprel 2016    Oxunub:10987
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 6-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

28 erməni hərbçi Qarabağda itkin düşüb

Ermənistan tərəfi cəbhə xəttində döyüşlər zamanı verdiyi itkilərin bir qismini açıqlayıb.

***

Ermənistan məğlub olmağa məhkumdur` - Rusiyalı ekspert

"Dağlıq Qarabağda hərbi vəziyyət qeyri-stabildir, Ermənistan məğlub olmaq üzərdir. Ona görə ki, Ermənistan ordusu texnoloji cəhətdən Azərbaycan ordusundan çox geridə qalır. Bunu rusiyalı tanınmış jurnalist, "Novoya qazeta" nın hərbi şərhçisi Pavel Felgenqauer bildirib.

***

`Atəşin dərhal dayandırılması lazımdır` - Uorlik

`Atəşin dərhal dayandırılması və hərtərəfli danışıqların aparılması lazımdır`. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Tvitter səhifəsində yazıb.

***

Şeyx ordumuz üçün dua etdi

Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyilə din xadimləri ilə iclas keçirilib.

***

NATO Bakı və İrəvanı danışıqlara dəvət etdi

“Dağlıq Qarabağda atəşkəsin bərpa olunması müsbətdir”. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatında qeyd olunur.

***

Rusiya `üçlük` formatının dəyişməsini istəmir

Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlük” formatının dəyişilməsinin əleyhinədir. Bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

***

Ermənilər atəşkəs razılaşmasını pozdu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub.

***

Laçın dəhlizindən son görüntülər - Video

BBC-in Cənubi Qafqaz üzrə müxbiri Rayhan Demitri Qarabağda atəşkəs pozulandan sonra Laçında olub.

***

Ermənilərin vurduğu ziyan araşdırılır - Son vəziyyət

“Hazırda Tərtər rayonunda nisbi sakitlik hökm sürür, insanlar normal həyatlarını davam etdirirlər”. Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

***

`Əvvəl 5, sonra 2 rayon qaytarılmalıdır` - Səfir

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıyıq. Lakin daha 20 il gözləmək istəmirik”. Bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov Anadol agentliyinə açıqlamasında bildirib.

***

Emin Azərbaycan bayrağını öpdü - FOTO

Məşhur iş adamı və müğənni-bəstəkar Emin Ağalarov Azərbaycana dəstək nümayiş etdirib.



Erməni təxribatını ifşa edən faktlar - FOTOLAR

Ermənistan tərəfi Qarabağ uğrunda gedən döyüşlərlə bağlı dezinformasiya yaymaqda davam edir.

***

Lavrov Nalbandyanla görüşəcək – Bakı səfərindən sonra

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Sergey Lavrovla görüşmək məqsədilə aprelin 8-də Moskvaya səfər edəcək.

***

DTX-dən müraciət - Baş Prokurorluq cinayət işi açdı

Azərbaycanda icazəsiz beynəlxalq rabitə xidməti təşkil edən şəxslərin qanunsuz əməlləri ifşa edilib.

***

`Süpürgəçi vergi verir amma müğənnilər yox` - Nazir müavini

“Büdcənin gəlir hissəsinin təmin olunmasında qeyri-neft sektorunun payı yüksəkdir”. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

***

Azərbaycanda 29 uşaq intihar edib - Statistika

“Keçən il Azərbaycanda intihar halları cüzi artıb. 2013-cü ildə bu göstərici 415 idisə, 2015-ci ildə intihar edənlərin sayı 535 olub. Təbii ki, statistikadan kənar qalan faktlar da olur. Bura cinayət faktorları aiddir”. Bunu Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova bu gün keçirilən mətbuat konfransında bildirib.

***

Erməni tərəfinin etirafı: 3 min nəfər Qarabağdan qaçıb

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan bölməsi qondarma “Dağlıq Qarabağ Respublikası”na yardımlar ayırmağa başlayıb.



ABŞ rəsmisi `ASAN xidmət`də - Fotolar

ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

***

AFFA-dan millimizlə bağlı şok iddiaya cavab

Qazaxıstan mətbuatında martın 26-da Azərbaycan və Qazaxıstanın milli komandaları arasında keçirilmiş yoldaşlıq görüşünün nəticəsinin əvvəlcədən danışıldığı barədə xəbər dərc olunub.

***

İlhamə Quliyevanın ölüm səbəbi açıqlandı

Xalq artisti İlhamə Quliyevanın ölümü bağlı təyin olunmuş tibbi ekspertizanın yekun nəticələri məlum olub.

***

`Azərbaycanın mövqeyi tam ədalətlidir` - Liberman

Azərbaycan ümumi qəbul edilmiş normalar çərçivəsində özünü olduqca məsuliyyətli aparır və buna görə də xəritəyə baxan, regionun tarixini bilən hər kəs Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinin nə qədər tam haqlı olduğunu, tarixin, coğrafiyanın və demoqrafiyanın müvafiq faktlarına uyğun olduğunu başa düşür. Bunu Trend-ə İsrailin keçmiş baş naziri, "Bizim ev-İsrail" partiyasının lideri Aviqdor Liberman deyib.

***

Həmsədrlər prezidentin qəbulunda - Qarabağ müzakirə edildi

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini - Ceyms Uorlik, İqor Popov və Pyer Andryunu qəbul edib.

***

Saakaşvili yenə Azərbaycana dəstək verdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycana dəstək nümayiş etdirib.

***

Erməni general: `Azərbaycan qələbə qazandı` (VİDEO)

Erməni general-mayor, “Kommandos” ləqəbli Arkadi Ter-Tadevosyan erməni radiosuna verdiyi müsahibədə Dağlıq Qarabağda yaşanan son vəziyyətlə bağlı diqqətçəkən məqamlara toxunub.



Sarkisyan Almaniyada etirazla qarşılandı - FOTOLAR (VİDEO)

Ermənistan prezidenti Serj Sarkisyana qarşı Almaniyanın paytaxtı Berlində etiraz aksiyası keçirilib.

***

`Ermənistan təxribatlar törədir` - İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***

Müğənnilərə xəbərdarlıq: `Aldığınız pulu gizlətsəniz...`

“Restoran və şadlıq evlərinə kameraların quraşdırılması prosesi başa çatıb”. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

***

`Əldə edilən mövqelərin qaytarılması yalandır` - Rəsmi

“Xarici KİV-lərdə, o cümlədən erməni mətbuatında Azərbaycanın son əməliyyatlar zamanı əldə etdiyi strateji mövqeləri Ermənistanın yenidən özünə qaytarması barədə yayılan məlumatlar yalandır”. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı mənumat verib.

***

`Azərbaycan önəmli yüksəklikləri ələ keçirib` - Şahnazarov

“Azəraycan ordusu kifayət qədər önəmli yüksəklikləri ələ keçirib”. Bunu Qarabağ separatçılarının Rusiyadakı nümayəndəsi Arsen Melik Şahnazarov deyib.

***

Ermənistanın Qarabağda 300 hərbçisi ölüb - KİV

Ermənistan qoşunların təmas xəttində gedən döyüşlərdə ölən daha dörd hərbçinin adını açıqlayıb.

***

Nəcməddin Sadıkovun Moskva görüşü ilə bağlı Açıqlama

Aprelin 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib.

***

Zaxarova `Lifenews`un Qarabağdakı təxribatını pislədi

`Mən Dağlıq Qarabağ münaqişəsini işıqlandıran rusiyalı jurnalistlərin yolverilməz reportajlarını gördüm`. Bunu Rusiya Xarici İşlə Nazirliyi (XİN) sözçüsü Mariya Zaxarova "Lifenews" kanalının jurnalistlərinin Azərbaycandan deportasiya olunması məsələsinə münasibət bildirərkən deyib.

***

4 gün ərzində 3 min insan qan verib - Mərkəzi Qan Bankı

Aprelin 2-dən bu günə kimi 3000-dən çox insan könüllü qan verib. Bu barədə Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva məlumat verib.

***

Müdafiə Nazirliyi: Ermənilər yenə atəşkəsi pozur

Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır. Bu barədə Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

***

Gürcüstanın baş naziri Bakıya gələcək

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili mayın əvvəllərində Azərbaycana səfər edəcək.

***

Kəlbəcərdə iki erməni hərbçisi öldürüldü

Aprelin 6-a keçən gecə Azərbaycanın işğal altında olan Kəlbəcər şəhərində iki erməni hərbçisi öldürülüb.

***

Putin Nazarbayevlə Qarabağı müzakirə edib

Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə telefonla əlaqə saxlayıb.

***

`ABŞ Qarabağda zorakılığı qınayır` – Sekuta

ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığı qınayır.



Bakıda ordumuza dəstək aksiyası - FOTOLAR

Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.

***

`Rusiya Qarabağ münaqişəsində tərəf tutur` - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Azərbaycanı müharibəyə təhrik edir” kimi Rusiya tərəfindən səslənən fikirlərə cavab verib.

***

Merkeldən Qarabağ açıqlaması: `Kömək etməyə hazırıq`

ATƏT-in fəaliyyət olan sədr ölkəsi kimi Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik etməyə hazırdır.

***

QHT-lərdən Ali Baş Komandana müraciət

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası cəbhədəki son vəziyyətlə əlaqədar olaraq QHT-lərin geniş toplantısını keçirib.

***

Ermənilər Goranboyu atəşə tutdu - 56 evə ziyan dəyib

Bu dəqiqələrdə erməni silahlı qüvvələri Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəs rejimini pozub. Bu barədə kəndin icra nümayəndəsi Abbas Allahverdiyev bildirib.

***

`Qarabağ münaqişəsinin həllində irəliləyiş yoxdur` - Merkel

`ATƏT-ə sədrlik edən ölkə kimi Almaniya münaqişənin nizamlanmasına görə məsuliyyət daşıyan Minsk qrupunu xüsusi formada dəstəkləyir`. Bu barədə Almaniya kansleri Angela Merkel Ermənistan prezidenti Serj Sarkisyanla birlikdə keçirdiyi mətbuat konfransnda bildirib.

***

Sarkisyan Rusiyadan şikayətləndi: `İmkanımız məhduddur...`

“Rusiya Azərbaycana silah satmasına baxmayaraq, Ermənistanın strateji tərəfdaşı olaraq qalır”. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Almaniya kansleri Angela Merkellə görüşü zamanı bildirib.

***

ABŞ Qarabağın geri qaytarılmasını istəyir

"Biz danışıqların dərhal bərpasına və davamlı sülhə nail olmağa çağırırıq. Tərəflər masa arxasına oturmalıdırlar. Burada hər hansı ritorika və bəyanatlardan söhbət getmir. Görüş qərarı prezidentlərdən asılıdırlar. Biz bunu hər zaman təklif edirik və buna məmnuniyyətlə hazırıq". Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

***

Zakir Həsənov: `İşğal faktı ilə barışmayacağıq`

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 6-da ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.

***

Ermənilərin Ağdam və Tərtərə vurduğu ziyan

Aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin Ağdam və Tərtər rayonlarına ağır artilleriyalardan atəşə tutması nəticəsində hər iki rayonun təmas xəttindəki kəndlərində ziyan çəkən evlərin sayı açıqlanıb. Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib.



`Qarabağ bizimdir, bizim olacaq` - VİDEO

Bakıda minlərlə gənc Silahlı Qüvvələrimizə dəstək aksiyası keçirib.

***

`Azərbaycan daha müasir silahlara malikdir` - Sarkisyan

Bu gün Azərbaycan daha müasir silah növlərinə malikdir. Ermənistan isə 1980-ci ilin silahları ilə döyüşür. Bunu Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya səfəri zamanı bildirib.

***

Ermənilərin Azərbaycana 4 gündə vurduğu ziyan - RƏSMİ

Azərbaycan regionda sülh və ədalətin təmin edilməsi üçün səylərini əsirgəməyəcək.

***

Ermənilərin növbəti təxribatı - Yayılan videolar saxtadır
Erməni mətbuatında Azərbaycanın son əməliyyatlar zamanı əldə etdiyi strateji mövqeləri Ermənistanın yenidən özünə qaytarması barədə yayılan məlumatlar yalandır. Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

***

Ermənistan İranı niyə bombalayıb? - KARİKATURA

Cəbhədəki son döyüşlər zamanı həm də rusların təpədən-dırnağa silahlandırdığı erməni ordusu haqqındakı mif dağıldı.

***

`Cavabımız çox sərt olacaq` - Erməni yalanı ifşa edildi

Erməni mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş Talış kəndi ətrafındakı yüksəkliklərin guya düşmən tərəfindən yenidən zəbt edilməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur və yalandır.



Taksimdə Qarabağ aksiyası - FOTO

İstanbulun Taksim meydanında Qarabağa dəstək aksiyası keçirilib.

***

Ruhanidən Əliyevə zəng: `Bu, Ermənistanın növbəti təxribatıdır`

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

***

Xarici jurnalistlər cəbhədə - FOTOLAR

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub.

***

Vitse-spiker: `Həmsədrlər yenə `əliboş` gəliblər`

“ATƏT-in Minsk qrupu və onu təmsil edən ölkələrin təmsilçilərinin məntiqli, açıq, beynəlxalq hüququn konteksindən çıxış edərək təcavüzkarı və təcavüzün qurbanını göstərmək istiqamətində heç vaxt konkret mövqeyi olmayıb”. Bu fikriləri Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakı səfərinə münasibət bildirərkən deyib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti