Ermənilər tibb maşınını atəşə tutdu - FOTOLAR

Ermənilər tibb maşınını atəşə tutdu - FOTOLAR
  07 Aprel 2016    Oxunub:4593
General-mayor Natiq Əliyev: Düşmən tərəfindən sanitar tibb maşını atəşə tutulub.

Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyyə edən sanitar tibb maşını atəşə tutulub.

Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Ermənilər tərəfindən törədilmiş bu hadisə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirilir.

AzVision.az

Qalereya




Teqlər:  






Xəbər lenti