BQXK-dan Bakı və İrəvana təklif

BQXK-dan Bakı və İrəvana təklif
  07 Aprel 2016    Oxunub:2506
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlik nəticəsində itkin düşmüş şəxslərlə bağlı tərəflərə öz neytral vasitəçi xidmətlərini təklif edib.
Bu barədə AzVision.az-a BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O qeyd edib ki, BQXK münaqişə tərəflərinə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün olan səylərinə öz aktiv dəstəyini təklif edib və müvafiq hakimiyyət orqanları ilə əlaqə saxlayır.

Qeyd edək ki, aprel ayının əvvəllərində cəbhədə baş verən döyüşlərdə erməni tərəfi 25 nəfərin itkin düşdüyünü açıqlayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti