Müdafiə Nazirliyində `qaynar xətt` yaradıldı

Müdafiə Nazirliyində `qaynar xətt` yaradıldı
  07 Aprel 2016    Oxunub:2987
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində "qaynar xətt" fəaliyyətə başlayıb.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsindən AzVision.az-a verilən məlumata görə, son zamanlar cəbhə boyu gedən döyüşlər zamanı şəxsi heyət arasında yaralanan və xəsarət alan hərbi qulluqçulara bütün tibb müəssisələrində lazım olan hər bir tibbi xidmət yüksək səviyyədə göstərilir.

Yaralanan hərbi qulluqçuların vəziyyəti barədə operativ məlumat almaq üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sutka ərzində fəaliyyət göstərən 406-87-41 nömrəli "qaynar xətt" yaradılıb.

AzVision.az


Teqlər:  






Xəbər lenti