Cəbhə bölgəsində 1 məktəbli həlak olub - Rəsmi

Cəbhə bölgəsində 1 məktəbli həlak olub - Rəsmi
  07 Aprel 2016    Oxunub:3180
Cəbhə bölgəsində baş verən hərbi əməliyyatlar nəticəsində 1 məktəbli yaralanıb, 1 məktəbli isə həlak olub.
Bunu Təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, Ağdamın Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Bu hadisə dərs saatı ərzində baş vermədiyindən xəsarət alan olmayıb:

“Lakin cəbhə bölgəsinə yaxın ərazidə həyətyanı sahəyə düşən mərmi nəticəsində 13 yaşlı bir şagird yaralanıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti yaxşıdır”.

Nazir müavini Tərtərdə evə atılmış mərminin partlaması nəticəsində dünyasını dəyişən 16 yaşlı qızın da məktəbli olduğunu təsdiqləyib. Yerli icra strukturları, rayon təhsil şöbələri ilə əlaqəli işlər görüldüyünü deyən C.Bayramov qeyd edib ki, insanların həyatını təhlükə altına atmamaq üçün artıq 28 məktəbdə tədrisin dayandırılması barədə qərar qəbul edilib:

“Təhsil Nazirliyi tərəfindən təhsil şöbələrinə tapşırıqlar verilib ki, həmin ərazilərdə yaşayan ailələrin digər yaşayış məntəqələrinə köçmələri ilə bağlı onların yaxın ərazilərdə və digər rayonlardakı məktəblərdə tədrisi müvəqqəti olaraq təşkili olunsun. Ancaq ümid edirik ki, atəşkəsin əldə olunmasından sonra məktəblərdə tədris bərpa olunacaq”.

AzVision.az


Teqlər:  






Xəbər lenti