Əliyev, Putin və Ruhani görüşə bilər
AzVision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, görüşün Azərbaycanda keçirilməsi nəzərdə tutulur:
M.C.Zərif İran prezidenti Həsən Ruhaninin 2014-cü ildə Azərbaycana səfərini, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərini xatırladıb:
"İran prezidenti daha öncə Azərbaycana səfər edib. Sonra Azərbaycan prezidentinin İrana səfəri baş tutdu. İran prezidenti üçtərəfli görüşdə iştirak etməkdən məmnun olacaq".
Eldar Tanrıverdiyev







Vaxtında, Aydın, Lazımlı!


