Rektor təkzib etdi

Rektor təkzib etdi
  18 İyul 2013    Oxunub:1053
“Yayılan xəbərlər yalandır”
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Mingəçevir fililalının direktoru Xatirə Həsənova müvvəqqəti olaraq bu vəzifəni icra edir. Onun işdən azad olunması ilə bağlı yayılan xəbərlər isə həqiqətə uyğun deyil. Xatirə Həsənova hazırda iş başındadır.”

Bunu AzVision.az-a açıqlamasında AMİ –nin rektoru Aqiyə Naxçıvanlı deyib. Rektor bildirib ki, yayılan söz-söhbətlərin heç bir əsası yoxdur :

“Elmi Şurada planlı yoxlama olub. Belə yoxlamlar hər zaman olur. Şuranın planına bir neçə filialın yoxlanmasını salırıq. Bu dəfə də Mingəçevir filialı planlı şəkildə yoxlanılıb və Elmi Şurada müzakirə olunub. Bir çox nöqsanların olduğu vurğulanıb və tapşırıqlar verilib. Şurada Xatirə Həsənovanın işdən çıxarılma məsələsinə baxılmayıb. Ümumiyyətlə, kadrlarla bağlı məsələlərə yeni dərs ilinin əvvəlində baxılır. Bizim hələ 3 filialın direktoru təsdiq olunmayıb. Sentyabr ayında kadr dəyişikliklərinə baxılacaq”-deyə rektor bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti