Meyiti tapılan neftçinin kimliyi məlum olub

Meyiti tapılan neftçinin kimliyi məlum olub
  07 Aprel 2016    Oxunub:2779
Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilən cəsədin DNT analizinin nəticələri məlum olub.

SOCAR-dan AzVision.az-a verilən xəbərə görə, ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir.

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və `Günəşli` yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

AzVision.az


Teqlər:






Xəbər lenti