700 kiloqram yararsız ət aşkarlandı
Respublika Baytarlıq Laboratoriyasının ekspertizasına əsasən yoxlanılan 17 nümunə heyvan ətinin hamısının at əti olması müəyyən edilib. Aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə aşkar olunub. Biokimyəvi müayinələr zamanı isə 17 nümunə ətin keyfiyyətsiz olduğu müəyyən edilib. Həmçinin ət nümunələrinin baytarlıq-sanitariya cəhətdən tamamilə yararsız olması müəyyənləşdirilib.
Ətin qida üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq, onun zərərsizləşdirilməsinə dair qərar verilib.
Qərara uyğun olaraq, heyvan cəmdəkləri aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər mütəmadi olaraq davam etdiriləcək. İnsanların sağlamlığına təhlükə yaradan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı heç kəsə güzəşt edilmədən alınacaq. Belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər isə inzibati qaydada cəzalandırılacaqlar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


