Ötən günün ən səs-küylü hadisələri - Xronika

Ötən günün ən səs-küylü hadisələri - Xronika
  08 Aprel 2016    Oxunub:3006
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 7-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

İlham Əliyev: `Azərbaycan danışıqlar prosesinə sadiqdir` (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

***

`Bizim təkliflərimiz var` - Lavrov Bakıdan səsləndi

"Həqiqətən, səfər Sizin Rusiya və İran prezidentləri ilə razılaşmanızın nəticəsidir. Sizin təşəbbüsünüz bu cür üçtərəfli formatı qurmaqdan ibarət idi. Bu format Sizin haqlı olaraq dediyiniz kimi, bir çox nöqteyi-nəzərdən daha sıx üçtərəfli siyasi, təhlükəsizlik, terrorizmlə mübarizə sahələrində əməkdaşlıq baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, üç ölkənin, həmçinin bizim digər qonşularımızın ərazilərindən terrorçuların təchizatı marşrutları, yaraqlıların trafiki keçir. Bu təzahürlərin qarşısının kollektiv əsaslarla alınması üçün qarşılıqlı fəaliyyətin qurulması zəruridir". Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündə deyib.

***


Erməniləri hələ çox `sürprizlər` gözləyir

“Ermənistan prezidenti Serj Sarkisyan, eləcə də bu dövlətin yüksək çinli hərbi rütbəliləri və müxtəlif ekspertlərinin son döyüşlərdən sonra Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüvvəsini, əsgərinin rəşadətini etiraf etməsi həqiqətən düşmənin nə qədər qorxu və vahimə içində olmasını bir daha göstərdi və sübut etdi”. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın gücü barədə fikirlərinə münasibət bildirərkən deyib.

***

Yaponiyadan Azərbaycana Qarabağ dəstəyi

Yaponiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

***

PKK Qarabağa 400 terrorçu göndərib - Türkiyə mətbuatı

PKK terror təşkilatı Ermənistana dəstək vermək məqsədilə 400 yaraqlını Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərib.

***

Ermənilər Goranboyu atəşə tutur - SON DƏQİQƏ

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir.

***

Müdafiə Nazirliyindən Facebook istifadəçilərinə Müraciət

Müdafiə Nazirliyi Facebook istifadəçilərinə müraciət edib.

***

Qarabağda erməni əsgər öldürüldü

Cəbhənin təmas xəttində Azərbaycanın açdığı atəş nəticəsində bir erməni əsgəri öldürülüb.

***

Müdafiə Nazirliyi PKK xəbərini araşdırır

Müdafiə Nazirliyi PKK terror təşkilatının Ermənistana dəstək məqsədilə 400 yaraqlını Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərməsini araşdırır.

***

Azərbaycanda üç sahədə plagiatlıq geniş yayılıb

“Azərbaycanda elm, dərslik və musiqi sahəsində plagiatlıq geniş yayılıb”. Bu sözləri Müəllif Hüquqları Agentliyi (MHA) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda keçirilən dəyirmi masada Agentliyin sədri Kamran İmanov deyib.



Düşmən yenə atəşkəsi pozdu - 20 evə ziyan dəyib

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir. Düşmən tərəfi atəşkəs razılaşmasını pozaraq dünən axşam saatlarından Füzuli rayonunun Alxanlı kəndini intensiv atəşə tutmağa başlayıb.

***

XİN rəhbərlərinin Bakı görüşü - FOTOLAR


Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

***

BQXK-dan Bakı və İrəvana təklif

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlik nəticəsində itkin düşmüş şəxslərlə bağlı tərəflərə öz neytral vasitəçi xidmətlərini təklif edib.

***

Nazirlər Bakıda nəyi müzakirə edib? - Açıqlama

İran, Azərbaycan və Rusiya XİN rəhbərlərinin Bakıda keçirilən görüşündə ilk növbədə nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb.

***

`Heç nə başa düşə bilmirəm` - Deputat şikayətləndi

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsinin ikinci oxunuşu müzakirə olunub.



Ermənilər tibb maşınını atəşə tutdu - FOTOLAR

Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

***

`Qarabağ münaqişənin həllinə çox yaxınıq` - Lavrov

“Biz atəşkəsin əldə olunmasını böyük məmnuniyyətlə qarşıladıq”. Bunu Bakıda keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

***

Müdafiə Nazirliyində `qaynar xətt` yaradıldı

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində "qaynar xətt" fəaliyyətə başlayıb.

***

Azərbaycan OPEK-in iclasında iştirak edəcək

“İran, Rusiya və Azərbaycan transsərhəd terrorizm və narkotraffiklə mübarizədə aktiv olmalıdır”. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirilən mətbuat konfransında bildirib.

***

Cəbhə bölgəsində 1 məktəbli həlak olub - Rəsmi

Cəbhə bölgəsində baş verən hərbi əməliyyatlar nəticəsində 1 məktəbli yaralanıb, 1 məktəbli isə həlak olub. Bunu Təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

***

`Lavrovun təklifləri üzərində işləyirik` - Məmmədyarov

“Bəzən Dağlıq Qarabağ münaqişəsini dondurulmuş, həlli uzanan problem kimi adlandırırlar. Ancaq, bu belə deyil”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Rusiya XİN başçılarının üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

***

İranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi
“Atəşkəs rejimi Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həll olunana qədər qüvvədə olmalıdır”. Bunu Bakıda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

***

`Heyif ki, atəşkəs tez bərpa olundu` - Deputatların müzakirəsi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

***

Əliyev, Putin və Ruhani görüşə bilər

"Biz Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü üzərində işləyirik". Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

***

Heysiyyatsız `humanistlər` - KARİKATURA

Qarabağda son döyüşlərdən sonra məlum oldu ki, Azərbaycanda nə qədər heysiyyatsız “humanist”lər var.

***

Cəbhəyanı ərazilər minalardan təmizlənir

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qərb hissəsində cəbhəyanı yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində əraziyə düşən və partlamamış hərbi sursatlar (PHS) barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən aidiyyəti təxirəsalınmaz tədbirlərin görülməsi üçün Agentliyin nəzdində bir neçə çevik qrup yaradılıb. Bu barədə ANAMA-dan bildirilib.

***

`İranla əlaqələrimiz ən yüksək səviyyədədir` - İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

***

XİN rəhbərləri Bakıda razılığa gəldi

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakı görüşünün yekunu üzrə kommünike qəbul edilib.



23 ildən sonra azad edilən kənddə - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi kəndlərə 23 ildən sonra ilk dəfə sakinlər qədəm qoyub.

***

Ağ Evin saytında erməni işğalı ilə bağlı petisiya

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-da “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib.

***

`Qarabağla bağlı müsbət addımlar atılmışdı`- Peskov

“Dağlıq Qarabağda vəziyyət dayanıqlı olmaqdan uzaq olduğu üçün Rusiya münaqişə tərəfləri ilə probelmin həlli ilə bağlı danışıqlarını davam etdirəcək”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

***

Ermənilər cəbhədə polisi ağır yaraladı

Aprelin 6-da Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis baş serjantı Ramiq Zeynalov da baş nahiyəsindən ağır yaralanıb və təcili olaraq Daxili İşlər Nazirliyinin (DİN) general-leytenant Arif Heydərov adına Respublika Hospitalına gətirilib.

***

`Putin rayonların qaytarılması ilə bağlı təklif verib`

Rusiya prezidenti Vladimir Putin, bundan öncəki ölkə başçısı Dmitri Medvedyev Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması yolu ilə münaqişə bölgəsində gərginliyin azaldılmasına dair müxtəlif təkliflər irəli sürüblər. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda “TASS” agentliyinin baş direktorunun müavini Yuri Qusmana müsahibəsində bildirib.

***

Sizdən KQB əməkdaşı olardımı? – Məntiq Testi

Sizdən KQB əməkdaşı olardımı? – Məntiq Testi

***

Rabitə nazirindən cəbhə ilə bağlı ciddi tapşırıq

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mingəçevir şəhərində vətəndaşlarla regional görüşündən öncə Tərtər və Goranboy rayonlarına baş çəkib.

***

`Əsgərə Məktub` layihəsi davam edir - FOTOLAR

Qısa müddət ərzində könüllülərin bu təşəbbüsü vətəndaşlar tərəfindən böyük dəstək görüb və yazılan məktubların sayı 1300-ü ötüb.

***

Ağdamın kəndləri düşmən hədəfində - FOTOLAR

Bu günlərdə erməni hərbçilərinin hədəfindəki yaşayış məntəqələrindən biri də Ağdam olub.

***

Yaralı erməni hərbçilərin sayı artır

Ermənistan Müdafiə Nazirliyinin Baş Klinik Xəstəxanasında hazırda 32 hərbçisi müalicə alır.

***

`Kardaşyan bacardığı işlə məşğul olsun` - Səfir

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Qarabağ münaqişəsində Ermənistanı dəstəkləyən realiti-şou ulduzu Kim Kardaşyanı tənqid edib.

***

Xəzərin statusu həll edilir - Lavrovdan önəmli açıqlama

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya üzərində uzunmüddətli iş Astanada keçiriləcək növbəti sammitdə başa çatacaq.

***

Almaniyadan 7 maddəlik Qarabağ təklifi

Almaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gərginliyin azalması, davamlı təhlükəsizliyin təmin olunması və problemin sülh yolu ilə nizamlanmasını özündə ehtiva edən 7 maddəlik təkliflər planı təqdim edib.

***

`Cavab atəşilə susdurulur` bu deməkdir – VİDEO

on günlər cəbhədə baş verən atışmalarda ordumuz düşmənə layiqli cavab verir.



Avropada Ermənistana qarşı etiraz aksiyası - FOTOLAR

Aprelin 7-də Ermənistanın Niderland Krallığındakı səfirliyinin önündə Ermənistan ordusunun son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirilib.

***

Həkim briqadası cəbhə bölgəsində - Prezidentin tapşırığı ilə

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin başçılığı ilə müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət böyük bir həkim briqadası yaralı əsgərlərimizi müayinə etmək, onlara tibbi və mənəvi dəstək göstərmək üçün Gəncə şəhərində olub.

***

Azad olunmuş `Lələ Təpə`dən görüntülər - VİDEO

Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ Təpə" adlandırılan yüksəklik 23 ildən çoxdur ermənilərin işğalı altında idi. Lakin bir neçə gündür ki, Azərbaycan ordusu həmin ərazini erməni işğalından azad edib.

***

Düşmənin pilotsuz aparatı endirildi - FOTOLAR

Cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Silahlı Bölmələri tərəfindən xüsusi üsulla endirilib.

***

Medvedevdən Qarabağ mesajı: `Əlimizdən gələni edəcəyik`

Rusiya Dağlıq Qarabağda sülhün əldə olunması üçün səylərini əsirgəməyək.

***

Ermənistan Rusiyadan silah istədi

Ermənistanın baş naziri Ovik Abraamyan rusiyalı həmkarı Dmitri Medvedevlə görüşündə İrəvana müqavilələr əsasında satılan silahların tez çatdırılmasını xahiş edib.



`Heç bir ana istəməz ki, müharibə olsun` - Birinci xanım (FOTOLAR)

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna aprelin 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib.

***

Ermənilər 70 evi dağıdıb - Cəbhədən reportaj (FOTOLAR)

Qoşunların təmas xəttində yerləşən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi illərdir güllə və mərmilər altında yaşayır. Son günlər isə Ermənistan qoşunları kəndə ağır top zərbələri endiriblər.

***

`İlham Əliyev belə yanaşmanı dəstəklədi` - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və İran XİN rəhbərləri ilə üçtərəfli görüş ərəfəsində TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə verib.

***

Həmsədrlər separatçılarla görüşdə sülhə çağırış etdi

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan Xankəndi şəhərində separatçı rejimin nümayəndələri ilə görüşüblər.

***

Düşmən itkilərinin bir qismini etiraf etdi

Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər. «Həftə ərzində 36 hərbçi ölüb, 122 nəfəri isə yaralanıb.

***

Xankəndində güclü partlayışlar olub - KİV

Bu gün Azərbaycanın işğal altında olan Xankəndi şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin separatçılarla görüşü zamanı bir neçə güclü partlayış olub.

***

Prezidentə nə yazırlar? – Məktublar

Son günlər cəbhə xəttində Azərbayan ordusunun ermənilərin təxribatlarına layiqli cavab verməsi ölkə vətəndaşları və digər ölkələrdə yaşayanlar tərəfindən alqışlanır.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti