AMEA prezidenti jurnalistlərə hesabat verdi

AMEA prezidenti jurnalistlərə hesabat verdi
  18 İyul 2013    Oxunub:1172
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində (RH) Akademiyanın prezidenti Akif Əlizadənin mətbuat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, tədbiri giriş sözü ilə Akif Əlizadə açıb və o, ölkədə elmə münasibətdən söz açıb.

AMEA prezidenti prezident İlham Əliyevin elmin inkişafına verdiyi diqqətindən danışıb. “Ölkə prezidenti elmə həsr olunmuş bir neçə sərəncam imzalayıb, bununla yanaşı o, mayda Şamaxı astrofizika rəsədxanasında təmir işlərilə tanış olarkən demişdi ki, Regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlir. Bu epiqraf Azərbaycan elmi üçün ən vacib hədəfdir və bizim fəaliyyətimizi müəyyən edir. Bu istiqamətdə bu günə qədər prezident elmin inkişafına dair sərəncamlar imzalayıb. Ən əsası o idi ki, 2011-ci ildə Akademiyanın maddi texniki bazası möhkəmləndirilməsi barədə tədbirlər haqda sərəncam imzalanıb. Bunun davamı olaraq, elmə həsr olunmuş bir neçə sərəncam imzalanıb. Həmin sərəncamların icrası bu gün akademiyada aparılır”.

Daha sonra AMEA prezidenti Akademiyada 3-4 ay ərzində gördüyü işlər barədə məlumat verib.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti