Bakıda Avropa çempionatının püşkü atılıb

Bakıda Avropa çempionatının püşkü atılıb
  09 Aprel 2016    Oxunub:2059
Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib. AzVision.az xəbər verir ki, mərasimdə UEFA-nın milli komandalar şöbəsinin rəhbəri Lens Kelli, gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın I vitse-prezidenti Elşad Nəsirov, çempionatın səfiri Röya Ayxan, məşhur italiyalı qapıçısı Françesko Toldo iştirak edib.

Final mərhələsinə vəsiqə qazanan 16 ölkə yığması püşkatma nəticəsində 4 qrupa bölünüb. Azərbaycan Portuqaliya, Belçika, Şotlandiya milliləri ilə mübarizə aparacaq.

A qrupu: Azərbaycan, Portuqaliya, Belçika, Şotlandiya,

B qrupu: Ukrayna, Almaniya, Avstriya, Bosniya və Herseqovina

C qrupu: Fransa, Danimarka, İngiltərə, İsveç

D qrupu: İtaliya, Serbiya, Hollandiya, İspaniya

AzVision.az


Teqlər:





Xəbər lenti