Ermənilərin `informasiya desantı`nı tanıyın - FAKTLAR

Ermənilərin `informasiya desantı`nı tanıyın - FAKTLAR
  08 Aprel 2016    Oxunub:80254
Bir həftədən çoxdur ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını bütün istiqamətlərdə atəşə tutur. Azərbaycan ordusu öz növbəsində düşmənə cavab verir. Şəhid veririk. Verdiyimiz hər şəhid bizə əsl vətəndaşlıq tarixini qazandırır.

İnsan necə qansıza çevrilir?

Həyatlarını itirilənlər qanı bizim qanımızdan olan vətəndaşlarımızdır. Təhlükə altında olan isə torpağımız. Bəs necə olur ki, insan öz vətəndaşına, millətinə qarşı düşmənə çevrilə bilir? Hər vəchlə ölkəsini ləkələməyə çalışır? İnsan necə heysiyyatsızlaşa bilər ki, torpaq uğrunda tökülən qanları heçə saysın?

Başqa vaxt qəpik-quruş üçün donor təşkilatlara yalmanan, mütəmadi olaraq ölkədə vəziyyətin ağır olması ilə bağlı məktubu məktuba calayanlar hazırda üzərlərinə ayrı vəzifə götürüblər. Torpaq üçün can verənləri donor təşkilatdan aldıqları pul misalı hesablayanlar, torpağı belə maddiyata çevirənlər düşmənlə əsl birlik göstərirlər.

Araq yoldaşlarının törətdiyi cinayətləri ört-basdır etməkdə mahir, günü Xədicə İsmayıla mərsiyyə deməklə keçən mitinq ağsaqqalı Şahvələd Çobanoğludan seçmələr...



Jurnalistlərin yanında bəstəkar, bəstəkarların yanında jurnalist olan, antropologiya elmini çaşbaş qoyan Elmir Mirzoyev Almaniyanı boğaza yığıb. Almanlar illərdir, Elmir Mirzoyevə inandıra bilmirlər ki, hər ölkəsindən gedən Fazıl Say olmur. Fazıl Say həm də bəstəkardır. Torpaq isə yemək sifarişi deyil ki, istədiyin vaxt, istədiyin qədər qabağına çırpısınlar.



Döyüşlər başlandığı gündən karikaturaları ilə erməniləri sevindirən Gündüz Ağayev də iş başında oldu...



2011-ci ildə İTV-nin rəsmi saytını xaker hücumuna məruz qoyaraq xəritədə Qarabağı Ermənistanın ərazisi kimi göstərən, əvvəlcə İran mollalarının deyerler.org saytı vasitəsi ilə süfrə artığı toplayan, daha sonra Almaniyaya qaçan Həbib Müntəzir döyüşlərin ən qızğın çağında Azərbaycan Müdafiə Nazirliyini, Azərbaycan şəhidini gülünc vəziyyətdə təqdim etdi. Həbib Müntəzirə bildiyi yeganə dil olan fars dilində çatdırın ki, şəhid donor pulu deyil ki, vurma cədvəli ilə hesablansın.

Həbib Müntəzir saysız-hesabsız Ayka, Syama feysbuk hesabı ilə yanaşı, həmçinin, Hamamtimes səhifəsinin də adminlərindəndir.





Ermənistan mediasının vuran əli, istinad nöqtəsi Meydan tv döyüş dezinformasiyaları ilə yenə də gündəmdədir.

Mövzu ermənilər olunca tolerantlıq, insanlıq, xalqların dostluğundan dəm vuran Meydan tv ermənilər üçün madyan funksiyasını həyata keçirir. Sırf alman kolbasası yemək üçün erməni sifarişi yerinə yetirən madyançılar çox ağır günlər keçirir. Erməni ordusunun qorxu altında olması, öldürülən erməni əsgərləri onların hazırda ən böyük dərdləridir.

Ermənilik milliyət yox, xislətdir. Nankorluq, çörəyə tüpürmək, donos yığmaq xisləti.



Elan olunmamış müharibə davam edir. Vətəndaş, oxucu olaraq gözlərinizi açın. Sosial media, xəbər saytları vasitəsi ilə düşmən zəhərinin sizə qarşı sızmasına mane olun. Düşmənə xidmət edən ünsürləri boykot edin. Bəh-bəhlə danışdığımız demokratiyanın vətəni Amerikada, insan haqlarının müdafiəçisi Avropa ölkələrində ölkədə hərbi əməliyyatlar getdiyi zaman ölkə və ordu əleyhinə məlumatlar paylaşan hər bir vətəndaş ən ağır cəzalara layiq görülür. Odur ki, düşmənin ortaqlarına dəstək olmayın.

Günay Arda


Teqlər:  






Xəbər lenti