Ordumuz `Lələ təpə` və Seysulanda möhkəmlənir - FOTOLAR
08 Aprel 2016
Oxunub:17231
Ordumuzun bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirir.
AzVision.az xəbər verir ki, Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi və strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəkliklərdə müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.
Fotolarda Ermənistan əsgərinin təlaşdan atıb qaçdığı sursat və yeşikləri, erməni dilində yazılmış sənədlər də var.
AzVision.az vaxtiylə Ermənistan silahlı birləşmələrinin mövqeyi olan həmin ərazilərdən olan fotoları təqdim edir: