Zakir Qaralov vətəndaşlarla görüşəcək

Zakir Qaralov vətəndaşlarla görüşəcək
  08 Aprel 2016    Oxunub:1642
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov cari il aprelin 15-də saat 11:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Ucar, Yevlax, Ağdaş, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ucar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

AzVision.az


Teqlər:






Xəbər lenti