Medvedev Şəhidlər xiyabanında - FOTOLAR

Medvedev Şəhidlər xiyabanında - FOTOLAR
  08 Aprel 2016    Oxunub:4614
Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev aprelin 8-də Şəhidlər xiyabanını ziyarət edib.
AzVision.az xəbər verir ki, Dmitri Medvedev ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Rusiya Hökumətinin Sədrinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Dmitri Medvedev Azərbaycan paytaxtının mənzərəsini seyr edib.





AzVision.az


Teqlər:  





Xəbər lenti