Elmar Vəliyev xəstəxanaya baş çəkib - Foto

Elmar Vəliyev xəstəxanaya baş çəkib - Foto
  08 Aprel 2016    Oxunub:2182
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yeni istifadəyə verilmiş Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının kollektivi ilə görüşüb.
AzVision.az xəbər verir ki, baş həkim Əlikram Məmmədov şəhər rəhbərinə xəstəxananın cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri–zöhrəvi şöbələri haqqında ətraflı məlumat verib. Bildirib ki, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb.

Bundan başqa xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, çoxkəsikli kompyuter tomoqrafiyası, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nəaliyyətləri olan digər avadanlıq və cihazlar var. Burada quraşdırılan avadanlıq hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Yolxucu Xəstəliklər Xəstəxanasında yaradılan şəraitlə də tanış olub. Daha sonra İcra Hakimiyyətinin başçısı xəstəxanın tibbi personalı ilə görüşüb.







AzVision.az


Teqlər:  






Xəbər lenti