Valideynlərə şad xəbər: 100 manatlıq cərimə ləğv olunur
Layihədə bildirilir ki, “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir” məzmunlu bənd ləğv edilir.
Xatırladaq ki, bu bənd 2015-ci ilin dekabrın 2-də həmin vaxt qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə 51.1-1 maddəsi kimi əlavə edilmişdi. Bu il martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsində 200-dən çox əlavələrin olması səbəbindən bir sıra maddələrin yeri dəyişdiyi üçün müvafiq bənd də 189.2 maddə olaraq təsbit olunub. Layihə Milli Məclisin aprelin 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. (Apa)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


