AMEA-da yeni instutut və mərkəz yaradılacaq

AMEA-da yeni instutut və mərkəz yaradılacaq
  18 İyul 2013    Oxunub:953
“Nəzərdə tutmuşuq ki, AMEA-da yeni neft institutu yaradılsın”
AzVision.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti Akif Əlizadə jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, hazırda akademiyada yeni istiqamətlər var və yeni vacib elmi qurumlar yaranmalıdır. “Bu baxımdan nəzərdə tutmuşuq ki, AMEA-da yeni neft institutu yaradılsın. Bu, çox vacibdir. Azərbaycan neft diyarıdır. Ona görə də neft institutu olmalıdır. Buna da dəstək alınıb, aparatda bu istiqamətdə iş aparılır. Vaxtı dəqiq demək mümkün deyil, amma ehtimal olunur ki, yaxın gələcəkdə bu, baş tutsun”.

Akif Əlizadə Xəzər dənizi ilə məşğul olacaq mərkəzin yaradılması barədə danışıb. “Xəzəryanı ölkələrin dördündə Xəzərlə məşğul olan elmi mərkəz var. Mən bunu prezidentə təklif etdim, o da bu barədə sərəncam imzaladı. İş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub. Biz onlarla birlikdə Xəzərlə məşğul olan elmi mərkəz yaradacağıq”-deyə, AMEA prezidenti qeyd edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti