Azay Quliyev ATƏT-in iclasında çıxış edəcək

Azay Quliyev ATƏT-in iclasında çıxış edəcək
  09 Aprel 2016    Oxunub:1332
Aprelin 11-də Danimarkanın Kopenhagen şəhərində ATƏT Parlament Assambleyasının Büro iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü, Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev iclasda iştirak edəcək.

İclasda ATƏT PA-nın yay sessiyasında müzakirə olunacaq layihələr təqdim ediləcək, ATƏT PA-nın fəaliyyəti, seçkiləri müşahidə missiyaları və keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılacaqdır.

AzVision.az


Teqlər:  






Xəbər lenti