Erməni yalanları ifşa olunur - Qarabağ müzakirələri

Erməni yalanları ifşa olunur - Qarabağ müzakirələri
  09 Aprel 2016    Oxunub:3962
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 8-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Ermənistan "DQR"-i tanımağı planlaşdırmır - Sarkisyan

Ermənistan prezidenti Serj Sarkisyan separatçı “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımamalarını `güzəşt` adlandırıb.

***

Ermənilərin daha bir yalanı ifşa olundu

Ötən gecə Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya hərbi texnika ilə dolu maşınının ələ keçirilməsi barədə məlumat yayıb. Bununla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, Ermənistan tərəfinin yaydığı bu məlumat növbəti dezinformasiyadır.

***

ABŞ konqresmeni Ermənistanı tənqid etdi

Aprelin 7-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından seçilmiş demokrat konqresmen Stiv Kohen Ermənistanın Azərbaycana qarşı hərbi aqressiyasını tənqid edən bəyanatla çıxış edib.



Lələ Təpədə `Qarabağ şikəstəsi` səsləndi - VİDEO

Müğənni Elnur Məmmədov və Xanəndə Qoçaq Əsgərov Azərbaycan ordusunun işğaldan azad etdiyi Lələ-Təpəyə səfər edib.

***

Türkiyədə Qarabağa dəstək aksiyası - FOTOLAR

Türkiyənin Sakarya şəhərində Qarabağa dəstək aksiyası keçirilib.

***

İki erməni hərbçi öldürüldü - Yaralılar var

Ermənistan tərəfi aprelin 5-də əldə olunan atəşkəs haqqında razılaşmanı növbəti dəfə pozub.

***

Sarkisyan Lukaşenko və Nazarbayevdən inciyib

Ötən gün Rusiyanın baş naziri Dmitri Medvedev ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

***

Bakıda izdihamlı bayraq yürüşü – VİDEO

Bakıda gənclər əsgərlərimizə ruh yüksəkliyi vermək məqsədiylə avtomobil yürüşü keçiriblər.

***

`Azərbaycana qarşı hər bir təhdid Türkiyəyə də qarşıdır` - Davudoğlu

“Biz Minsk qrupunun üzvüyük, amma 3-5 nəfər işləri öz üzərinə götürdüyü üçün digər üzvlər kənarda qalıb”.

***

Bakıda avtobus qəzası - Ölən və xeyli yaralı var

Bakıda avtobus qəzası baş verib.

***

Qarabağda 3-dən çox PKK üzvü öldürülüb - ÖZƏL

“Dağlıq Qarabağda Azərbaycan hərbçilərinə qarşı döyüşən PKK terrorçuları ağır itki verib”



İlham Əliyev xanımı ilə sərgidə-Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2016” X Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

***

Erməni əsgərlərin cəbhədəki səs yazısı yayıldı

Cəbhədə erməni əsgərlərinin telefon danışıqlarının səs yazısı yayılıb.

***

`Cıdır düzündə elə konsert verəcəyəm ki...` - Xalq artisti

Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın tanınmış müğənniləri cəbhə bölgəsinə gedərək əsgərlərimizə dəstək nümayiş etdiriblər.

***

`Cəbhədəki vəziyyət bizi narahat edir` - Medvedev

“Rusiya üçün Azərbaycan və Ermənistan arasında münasibətlər eyni dərəcədə vacibdir”.

***

`Vaxtaşırı erməni təxribatı ilə üzləşirik` - Əliyev Medvedevlə görüşdü (FOTOLAR)


“Son günlər münaqişə zonasında gərginliyin azalması müşahidə olunur”. Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiyanın baş naziri Dimirti Medvedevlə görüşündə bildirib.

***

Sarkisyan Azərbaycanı "DQR" ilə şantaj edir

“Münaqişənin nizamlanmasını çətinləşdirməmək üçün Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq”. Bunu Ermənistan prezidenti Serj Sarkisyan bildirib.

***

Qarabağda vəziyyət pisləşsə, ATƏT xüsusi iclas keçirəcək

“Hazırda Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında verdiyi töhvə effektlidir”. Bunu ATƏT-in baş katibi Lamberto Zanyer deyib.

***

Diplomatik nümayəndəliklərin fəaliyyətində nöqsanlar

Keçən il Azərbaycanın xarici ölkələrdə və təşkilatlarda diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı audit tədbirləri həyata keçirilib.

***

`Atəşkəs rejiminə ciddi əməl edin` - MDB nazirlərinin bəyanatı

Münaqişə tərəflərini atəşkəs rejiminə ciddi əməl etməyə və yeni insan ölümlərinə imkan verməmək üçün təmkin nümayiş etdirməyə çağırırıq.

***

Qarabağda məhv edilən Ermənistan əsgərləri - SİYAHI

Aprelin 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağdakı döyüşlərdə erməni tərəfinin ciddi itki ilə üzləşdiyinə heç bir şübhə olmasa da, düşmən hələ də bunu boynuna almaq istəmir.

***

İrəvanda Minsk qrupunu tamaşa gözləyir - FOTO

Ermənistan ordusunun Qarabağdakı döyüşlərdə ağır itkilərə məruz qalması, silahlı qüvvələrin gücsüzlüyünün ifşası ölkə daxilində siyasi vəziyyətin gərginləşməsinə səbəb olub.

***

Əliyev və Medvedev bəyanat verdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.



Medvedev Şəhidlər xiyabanında - FOTOLAR

Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev aprelin 8-də Şəhidlər xiyabanını ziyarət edib.

***

`Torpaqlarımız işğaldan azad ediləcək` - Prezident

“Azərbaycan atəşkəsə əməl edir və Ermənistanın da atəşkəsə əməl edəcəyinə ümidvardır”.

***

Putinlə Nazarbayev yenidən Qarabağı müzakirə edib

Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə telefon danışığı zamanı Rusiyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik addımlarını müzakirə edib.

***

Ermənistan itkilərini hissə-hissə etiraf edir - MN

Aprelin 5-də hərbi əməliyyatların dayandırılması barədə razılaşmadan sonra Ermənistan tərəfi itkiləri haqqında biri-birini təkzib edən, fərqli rəqəmlər açıqlamağa başlayıb.

***

Məmmədyarovun Nalbandyanla görüşü - FOTOLAR

Moskvada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Edvard Nalbandyanla görüşüb.

***

`Azərbaycana silah satacağıq` - Rusiyadan Sarkisyana cavab

Rusiya strateji tərəfdaşı kimi Azərbaycana silah satmağa davam edəcək.

***

Putin Təhlükəsizlik Şurasını topladı - Gündəm Qarabağdır

Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli və bu istiqamətdə Rusiyanın atdığı addımlar müzakirə olunub.



Ordumuz `Lələ təpə` və Seysulanda möhkəmlənir - FOTOLAR

Ordumuzun bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirir.

***

Xankəndində Azərbaycana məxsus PUA vurulmayıb - TƏKZİB

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Xankəndi şəhəri üzərində Azərbaycana məxsus PUA-nın vurulması məsələsinə münasibət bildirib.

***

Düşmən yenə itki verdi: Ölən və yaralılar var

Ermənistan ordusuna məxsus yük maşını Ararat vilayətində dərəyə yuvarlanıb.

***

`O biri 3 oğlum da vətənə qurbandır` - Şəhid mayorun atası

Şəhid Rasim Məmmədovun atası Əbdül Məmmədov şəhid oğlu ilə bağlı xatirələrini bölüşüb. O, lazım gələrsə, digər övladlarının da döyüşə gedəcəyini istisna etməyib.

***

Arda Turandan Qarabağa dəstək

İspaniyanın “Barselona” futbol klubunun və Türkiyə millisinin üzvü Arda Turan Dağlıq Qarabağ həqiqətlərinin dünyaya tanıdılması ilə bağlı Ağ evin saytında yerləşdirilən petisiyaya qoşularaq səs verib.

***

`Belarus Qarabağın həllinə töhfə verə bilər`

Rəsmi Minsk Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə hazırdır, lakin tərəflərin beynəlxalq hüquq əsasında razılaşması olduqca vacibdir.

***

Ermənilər yeni səngərlər qazır - FOTOLAR

Dağlıq Qarabağda bir neçə stateji yüksəkliyi itirən erməni qüvvələri yeni mövqe qurmağa məcbur olublar.

***

Füzulidə məhv edilən erməni tankı - VİDEO

Rusiyanın Donbas separatçılarını təbliğ edən news-front.info portalının reportyoru aprelin 2-dən 5-nə qədər qanlı döyüşlərin getdiyi Füzuli rayonunda, ermənilərin nəzarətindəki ərazilərdə olub.

***

Artur Rasizadə Medvedevlə Qarabağı müzakirə edib

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev ilə görüşüb.

***

Cəbhədəki əməliyyatlarla bağlı `Qaynar xətt` yaradılıb

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunda “Qaynar xətt” yaradılıb.

***

`Qarabağ uğrunda vuruşmağa hazırıq` - Xameneyinin sözçüsü

İranın ali dini liderinin Ərdəbil əyalətindəki təmsilçisi Höccətül-İslam Seyid Həsən Amili bu gün cümə namazı zamanı Dağlıq Qarabağda baş verənlərdən danışıb.

***

Ovanisyan Rusiyanı təhqir etdi

“Bütün baş verənlərdən sonra Azərbaycana silah təchizatının davam etdirilməsi mənəviyyatsızlıqdır”. Bunu Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan Rusiyanın Azərbaycana silah təchizatının davam etdirəcəyi ilə bağlı Dmitri Roqozin fikirlərinə münasibət bildirərkən deyib.

***

Erməni hərbçilər qəzaya düşdü: 1 ölü, 6 yaralı
Ermənistan ordusuna məxsus yük maşını Ararat vilayətində dərəyə yuvarlanıb.

***

Fransadan Ermənistana ağır zərbə - Ollanda şikayət məktubu (FOTO)

Aprelin 8-də bir qrup fransız senator və deputatı Ermənistanın son günlər atəşkəs rejimini pozması, sərhədyanı bölgələrdə Azərbaycanın dinc əhalisini intensiv atəşə tutması ilə əlaqədar Prezident Fransua Ollanda məktub ünvanlayıb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti