Bakıda Əli Kərimliyə qarşı etiraz aksiyası - FOTOLAR (VİDEO)

Bakıda Əli Kərimliyə qarşı etiraz aksiyası - FOTOLAR (VİDEO)
  09 Aprel 2016    Oxunub:8725
Bakıda bir qrup gənc AXCP sədri Əli Kərimliyə qarşı etiraz aksiyası keçirib.

AzVision.az xəbər verir ki, AXCP sədrinin yaşadığı binanın qarşısında toplanan gənclər cəbhədəki son hadisələrlə bağlı verdiyi bəyanatlara etiraz edərək Əli Kərimlini düşmənə işləməkdə ittiham ediblər.

Aksiyada `Millli satqına ar olsun`, `Oğlun fərarı, özün...`, `Satqınlara aramızda yer yoxdur`, `Əli Kərimli, sən ermənisən`, `Sənin oğlun İngiltərədə, bizim oğullarımız səngərdədir`, `Hərbi bileti olmayan satqın`, `Erməni nokəri`, `Muharibədə olmayan müharibə təbliğatçısı`, `Şəhid qanından istifadə edən şərəfsiz`, `Vətən satqınlarına Azərbaycanda yer yoxdur`, `Əli Kərimliyə ar olsun`, `Milli satqın`, `Erməni tulası`, `Xalq İlham Əliyevin yanındadır` kimi şüarlar səsləndirilib.

Aksiya insidentsiz başa çatıb.
































Elvin Abdulqədirov
Foto:Elvin Abdulla

AzVision.az


Teqlər:  






Xəbər lenti