Azərbaycanın xalq artisti PKK-ya mesaj göndərdi

Azərbaycanın xalq artisti PKK-ya mesaj göndərdi
  09 Aprel 2016    Oxunub:7458
Azərbaycanın xalq artisti Azərin PKK-nın Ermənistana dəstək verməsi və Qarabağa silahlı yaraqlılar göndərməsinə münasibət bildirib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Azərin Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu vurğulayıb.

Xalq artisti qeyd edib: “Bildiyiniz kimi 25 ildən çoxdur ki, bu proses davam edir. Ermənistan Azərbaycanın torpağı olan Dağlıq Qarabağı işğal edib. Azərbaycanın 1 milyon qaçqını və köçkünü var. Bu gün Azərbaycan xalqı torpaqlarına dönmək istəyir. Onun haqqı olan torpaqlard yaşamaq istəyir”.

Azərin, həmçinin PKK-nın Ermənistana dəstək göndərməsi iddiasına da cavab verib:

“Bu məsələ ilə əlaqədar Azərbaycanın MMüdafiə Nzirliyi istintaq işi açıb. Tam olaraq belə bir şeyin olub-olmadığını deyə bilmərəm. Amma bu doğrudursa, çox ayıb və günahdır. HDP-nin başçısı Səlahəddin Dəmirtaş da bir neçə gün əvvəl “Biz Azərbaycanı qınayırıq”-deyə bir şərh vermişdi. Yəni bütün dünya artıq gözünü açdı və anlayır ki, Qarabağ, Azərbaycanın haqqı olan torpağıdır. HDP-nin başçısı hələ də anlaya bilməyib ki, Qarabağın 1 milyon əhalisi köçkün düşüb. Mən bunu qınıyıram və çox pis münasibət bəsləyirəm. PKK əgər oraya silah və ya terrorçu göndəribsə, Azərbaycan və Türkiyə bunun layiqincə cavabını verəcək”, -deyə xalq artisti vurğulayıb.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti