Əli Kərimliyə qarşı daha bir etiraz - FOTOLAR

Əli Kərimliyə qarşı daha bir etiraz -  FOTOLAR
  09 Aprel 2016    Oxunub:8517
Bakıda AXCP sədri Əli Kərimliyə qarşı gənclərin daha bir etiraz aksiyası keçirilib.
AzVision.az xəbər verir ki, AXCP sədrinin yaşadığı binanın qarşısında toplanan gənclər cəbhədəki son hadisələrlə bağlı verdiyi bəyanatlara etiraz edərək Əli Kərimlini düşmənə işləməkdə ittiham ediblər. Bildirilib ki, Ə.Kərimli Azərbaycan dövlətinin siyasətini tənqid etməklə ermənilərə şans verir. Həmçinin erməni xəbər saytlarının Əli Kərimlinin yazılarına istinad etməsi pislənilib.

Aksiyada iştirak edənlər qeyd ediblər ki, Ə.Kərimli ordunu gözdən salır, milli maraqlarımıza xəyanət edərək, onu zərbə altına qoyur. Bildirilib ki, Azərbycan xalqı Ə.Kərimlini satqın kimi tanıyır.

Vurğulanıb ki, Azərbaycan xalqı ölkə başçısı İlham Əliyevi dəstəkləyir və Ə.Kərimli kimi satqınlara ölkədə yer yoxdur.

Aksiyada “Səndən soruşuruq oğlun hardadır?” “Vətən xaini Əli Kərimli”, “Milli satqın”, “Vətənini satan xain”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Əli Kərimliyə ar olsun!”, “Əli Kərimli Şərəfsizlik simvoludur”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Qarabağ bizimdir, bizim olacaq!” və başqa şüarlar səsləndirilib.

Aksiya insidentsiz başa çatıb.









Qeyd edək ki, bu gün AXCP sədri Əli Kərimliyə qarşı iki dəfə etiraz aksiyası keçirilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti