`Talış kəndi Tərtərin inzibati ərazisidir` - İcra başçısı

`Talış kəndi Tərtərin inzibati ərazisidir` - İcra başçısı
  09 Aprel 2016    Oxunub:10000
Talış kəndinin Ağdərə rayonun inzibati ərazisi kimi göstərən lövhə sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.

Qeyd edək ki, `Ağdərə` inzibati ərazi vahidi kimi 1992-ci ildən Tərtər rayonuna birləşdirilib, qəsəbə isə keçmiş adı ilə Ağdərə adlandırılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov modern.az-a kəndin Tərtər rayonun inzibati ərazisi olduğunu bildirib: “Talış kəndi Tərtərin inzibati ərazisidir”.

O, qeyd edib ki, müvafiq qurumlara səhvin düzəldilməsi ilə bağlı müraciət edilib: “Problem tezliklə həll ediləcək, narahatlıq üçün əsas yoxdur”.

AzVision.az


Teqlər:  






Xəbər lenti