"Elçibəy Namazovdan fərqli olaraq...”
Eldar Namazovun bu cür çıxışı siyasi partiyalar arasından birmənalı qarşılanmayıb. BAXCP sədrinin siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı mətbuata acıqlamasında bildirib ki, o da Namazovun Konqresdəki çıxışının videoyazısını izləyib: "Eldar Namazov dinləmələrə radikal müxalifətin təmsilçisi kimi dəvətli idi və ənənəsinə sadiq qalaraq gözlənilən çıxışını etdi. Bu, onun hüququdur və ondan da istifadə edib. Ancaq bu adam sual vermək lazımdır ki, radikal müxalifətin Azərbaycanla bağlı planlarından danışıdığı halda niyə bir cümlə də olsun, Dağlıq Qarabağla bağlı danışmadı? Məgər bu imkandan istifadə edib, Ermənistanın Azərbaycanın ərazısını işğal etməsini və bir milyon insanın qacqın düşməsini səslənirməsi ayıb bir iş idi? Məncə, buna 30 saniyə bəs edirdi. Bu fürsətdən istifadə edilməməsi təəssüf doğurur”.
BAXCP sədrinin müavini 2000-ci ildə mərhum Əbülfəz Elçibəyin həmin dinləmələrdəki çıxışını da xatırladıb: "2000-ci ildə Azərbaycan müxalifətinin təmsilçisi kimi Əbülfəz bəy, İsa Qəmbər, Rəsul Quliyev də Konqresə dinləmələrə dəvət edilmişdilər. Yalnız Əbülfəz bəy demişdir ki, bizim hakmiyyətlə problemimiz var və biz öz ölkəmizdə bu məsələni həll edəcəyik. Mən sizə dövlətimlə bağlı hər hansı bir acılqma verməyəcəm. Siz Azərbaycanın 20% torpağının işğalından və bir milyon soydaşımızın hansı vəziyyətdə yaşadığından danışın. BMT təhlükəzlik Şurasının 4 qətnaməsinin icra olunmamasından danışın. Mən bu məsələni sizlərin nəzərinizə çatdırmaq istəyirəm. Elçibəy birbaşa milli maraqları qaldırmışdı. Bu faktın özü onu göstərir ki, radikal müxlifətin əsas prinsipi nəyin bahasına olur-olsun, hakmiyyətə gəlməkdir, milli maraqlar bundan sonra gəlir ".