Hava sərinləşəcək

Hava sərinləşəcək
  18 İyul 2013    Oxunub:2261
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, güclü şimal-qərb küləyi əsəcək, temperatur gecə 20-24 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-28 dərəcə isti təşkil edəcək.

Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 31-36, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.

Yaxın 2 gündə Abşeron yarımadasında güclü xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

AzVision.az



Teqlər:





Xəbər lenti