Ordumuzun əməliyyat imkanları genişlənəcək

Ordumuzun əməliyyat imkanları genişlənəcək
  22 Fevral 2013    Oxunub:1599
Türkiyə Silahlı Qüvvələrində mövcud olan TASMUS (Taktik Sahə Döyüş Sistemi) sisteminin Azərbaycan Silahlı Qüvvələrində qurulmasına hazırlıq gedir.
Bu barədə İDEX-2013 beynəlxalq müdafiə sərgisində iştirak edən Türkiyənin ASELSAN şirkətindən bildirilib.

ASELSAN rəsmilərinin sözlərinə görə, artıq bununla bağlı müvafiq işlər görülüb, proqram hazırlanıb və təsdiq olunmasını gözləyir. Azərbaycan hərbçiləri bundan əvvəl Türkiyə Silahlı Qüvvələrində TASMUS sistemi ilə tanış olublar.

APA bildirir ki, şirkət rəsmilərinin sözlərinə görə, TASMUS şəbəkəsinin qurulması Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat imkanlarını genişləndirəcək. Eyni zamanda, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin rabitə və döyüşü idarəetmə sistemi arasında uyğunluq təmin olunacaq. Bu isə öz növbəsində gələcəkdə qüvvələrin birgə əməliyyatlar aparmasına imkan verəcək.


Teqlər:  





Xəbər lenti