Ramazan bayramında iki gün iş olmayacaq
Baş nazir Artur Rasizadənin imzaladığı qərarda bildirilir ki, 8, 9 avqust tarixləri Ramazan bayramına təsadüf etdiyindən qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
““Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 2013-cü ildə 8, 9 avqust Ramazan bayramıdır.
2. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir”-deyə Nazirlər Kabinetinin qərarında qeyd edilir.
Qeyd edək ki, bu il Ramazan bayramının təsadüf etdiyi 8, 9 avqust tarixləri həftənin 4-cü və 5-ci günlərinə düşür.
AzVision.az