Taliban lideri Malalaya məktub yazdı - VİDEO

Taliban lideri Malalaya məktub yazdı - VİDEO
  18 İyul 2013    Oxunub:1093
Taliban lideri Adnan Rəşid keçən il Pakistanda başından vurulan Malala Yusifzaiyə məktub yazıb.
AzVision.az Euronews-a istinadən məlumat verir ki, Rəşid məktubda bildirib ki, o 2003-cü ildə keçmiş Pakistan prezidenti Pərviz Müşərrəfə sui-qəsd cəhdinə görə salındığı Bannu həbsxanasında ilk dəfə Malala haqqında eşidib.

“Mən baş verənlərdən çox mütəəsirəm və bunun heç vaxt baş verməməsini istərdim. Bu barədə qabaqcadan xəbərdarlıq edilmişdi” – Rəşid qeyd edib.

Onun sözlərinə görə, Taliban Malalanı qadınları təhsilə çağırdığı üçün deyil, Talibana qarşı yazdığı və anti-kampaniya təşkil etdiyi üçün vurulub. Məktubda həmçinin vurğulanıb ki, Malala BMT propaqandası ilə hərəkət edir və qadınları İslamın yer almadığı təhsilə çağırır.



AzVision.az


Teqlər:  





Xəbər lenti